Ümumdünya Səhiyyə Təşkilatı gənclərə xəbərdarlıq edib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, qurum "Gənclər koronavirusu asan keçirir" düşüncəsinin yanlış olduğunu diqqətə çatdırıb.
ÜST mütəxəssisi Mayk Rayn ötən gün Cenevrədə baş tutan mətbuat konfransında Cənubi Koreyada koronavirus səbəbilə ölən hər 6 nəfərdən birinin 60 yaşı olduğunu qeyd edib: "İtaliyada isə son 6 həftə ərzində reanimasiyaya yerləşdirilən xəstələrin 10-15%-ni 50 yaşlılar təşkil edib. COVID-19 gənclər üçün də yaşlılar qədər təhlükəlidir. Əksəriyyət gənclərin xəstəliyi yüngül keçirdiyinə inanır, amma bu düşüncə tamamilə yanlışdır. 30 yaşlı Kovid-19 xəstələri reanimasiyada müalicə olunur, hətta ölənlər də var. Bu baxımdan koronavirusa ciddi yanaşılmaldır"