Qadin.NET / 71 yaşlı məşqçi koronavirusa qalib gəldi

71 yaşlı məşqçi koronavirusa qalib gəldi

71 yaşlı məşqçi koronavirusa qalib gəldi


Polşanın qılıncoynatma üzrə baş məşqçisi Stanislav Şimanski koronavirusa qalib gəlib.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, avqustda 72 yaşını qeyd edəcək polşalı məşqçi Qdanskda müalicə olunduğu hərbi-dəniz hospitalından evə buraxılıb.

Qeyd edək ki, Stanislav Şimanski və komandası ABŞ-ın Anahaym şəhərində keçirilməli olan Olimpiya təsnifat turniri üçün martın 10-da okeanın o biri tayına yola düşmüşdü. Lakin iki gün sonra Polşa İdman Nazirliyinin sərhədlərin bağlanacağı barədə xəbərdarlığını aldıqdan sonra komanda geri qayıtmışdı.

Martın 16-da Şimanski qızdırma və təngnəfəslik simptomları ilə üzləşmiş, martın 21-də onun verdiyi koronavirus testinin nəticəsi müsbət çıxmışdı

4 aprel 2020
GO BACK