Türkiyəli meqastar Tarkan karantindən paylaşım edib.
Qadin.Net bildirir ki, müğənni “Instagram” hesabından yazı paylaşaraq, bu çətin karantin günlərində hamını səbirli olmağa çağırıb:
“Çətin zamanlardır...
Bu koronalı günlərin öhdəsindən birlikdə gələcəyik. Bu qəribə zaman da keçib gedəcək. Üfüqdən yenə ümidlər göz vuracaq. Baharlar, yaylar gələcək...
Özünüz bilirsiniz, amma mən də demək istəyirəm:
Mümkün qədər evdə qalmağa çalışaq, yaxın ünsiyyətdən uzaq duraq, əllərimizi tez-tez yaxşıca yuyaq, lazım gələdə maska taxaq.
Hamıya səbr diləyirəm”