90 yaşlı Jeneva Vud martın əvvəllərində kritik koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Bir neçə gün sonra xəstəxana əməkdaşları ailəsinə zəng vurur ki, gəlib onunla sağollaşsınlar. Lakin Vud yatağından qalxıb ailəsinə qovuşur. O, buna görə öncə tanrıya, sonra isə hər dərdin dərmanı kartof şorbasına borclu olduğunu deyir.
Doğrudur, bu dərman deyil, lakin immun sistemini gücləndirir.
Jeneva etiraf edir ki, bu şorbanı hazırlamağı hələ 9 yaşında ikən anasından öyrənib. O vaxtdan hər dəfə xəstələnəndə bu sehrli şorbanı hazırlayıb, dərman əvəzi orqanizmini sevindirir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 90 yaşlı Jeneva Vud Vaşinqtonda yaşayır. Bu günədək qəbul etdiyi kartof şorbasını dərmanı adlandırır.
Xəstəliyə qalib gələn Vudun nəvəsi Keyt instaqram hesabında ailə reseptlərini bölüşüb.
Vudun xəstəlik dövründə yediyi sehrli şorba üçün bizə:
1 ədəd şirin soğan, 2 qırmızıya çalan kartof, süd, qara bibər lazım olacaq.
Öncə soğanı xırda doğrayın, sonra kartofu da üzərinə doğrayıb tərəvəzlərin üzünə çıxanadək su tökün. Kartoflar ovulanadək bişirib, yarım stəkan süd və zövqə görə qara bibər əlavə edin.