Koronavirusa qarşı mübarizə aparmaq üçün insanlar arasında tövsiyə olunan məsafə artırılmalıdır.
Qadin.Net bildirir ki, bu barədə “USA Today”ə müsahibəsində Massaçusets Texnologiya İnstitutunun (MIT) dosenti Lidiya Buruiba bildirib.
Onun sözlərinə görə, asqıran insanın ağzından çıxan damcılar səkkiz metr məsafəyə qədər yayıla bilər. Buna görə də pandemiya dövründə insanlar arasında tövsiyə olunan məsafəni artırmaq lazımdır.
COVID-19 pandemiyası bir çox ölkələrdə məktəblərin, iş yerlərinin və digər ictimai yerlərin bağlanması ilə nəticələnib, şəhərlərdən çıxmaq qadağan olunub, zəruri olmadıqca evi tərk etməmək tövsiyə edilib. Küçəyə çıxdıqda isə insanlar arasında 1,5 -2 metr məsafə qorumaq məsləhət görülüb: öskürərkən və asqırarkən virus zərrəciklərinin məhz bu məsafədə hərəkət edə biləcəyi düşünülürdü.
Lakin araşdırmaçının sözlərinə görə, məsafə düzgün hesablanmayıb, bu da koronavirus pandemiyası ilə mübarizənin effektivliyini aşağı salır:“Son araşdırmalar göstərir ki, nəfəs verəndə, asqıranda və öskürəndə yalnız qısa yarıballistik trayektoriya üzrə hərəkət edən selikli ifrazatların damcıları atılmır, həmçinin, çoxfazalı turbulent qaz buludu yaranır. O isə havaya çoxlu sayda müxtəlif ölçülü damcılar şəklində yayılır”.Buruiba sözlərinin sübutu üçün asqıran insanla bağlı video təqdim edib. Onun sözlərinə görə, öskürək zamanı verilən nəfəsin kiçik fraksiyaları saniyədə 30 metr sürətlə çıxır.O, həmçinin, məşhur parça maskaların insanları kiçik zərrəciklərdən qorumadığını vurğulayıb.Yeri gəlmişkən qeyd edək ki, digər qrup araşdırmaçılar virus hissəciklərinin ventilyasiya sistemlərinə düşə və daha uzun məsafə qət edə biləcəyi barədə xəbərdarlıq ediblər. Onlar buna nümunə kimi Sinqapurda koronavirus infeksiyasının yayılmasını göstəriblər.Bu səbəbdən elm adamları pandemiya dövründə təyyarə ilə səyahətdən çəkinməyi tövsiyə edirlər.
[media=https://baku.tv/az/maraqli/16536/]