Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Operativ Qərargahdan yayımlanan məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Hazırda ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.