Cennifer Lopez və nişanlısı Aleks Rodrigez koronavirusa məhəl qoymadan idman salonunu açaraq məşq ediblər.
Qadin.Net bildirir ki, bu barədə NTV məlumat yayıb.
Dəfələrlə sosial mediadan “evdə qal” çağırışı edən müğənni Mayamidə koronavirusa görə bağlanmış idman salonunu açdırıb.
Salondan arxa qapıdan çıxan məşhur cütlüyün bu hərəkəti insanların qınağına səbəb olub.
Qapının üzərindəki “Bu idman salonu açıq deyil. Evinizdə qalın, təhlükəsizlikdə olun” yazısı diqqət çəkib