Qadin.NET / Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA

Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA

Koronavirusa görə sosial yardımla bağlı RƏSMİ AÇIQLAMA


“Sosial yardımlarla bağlı hər kəs öz fikirlərini söyləyir. Sosial ödənişlərlə bağlı təkliflər irəli sürülür”.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu barədə son qərar verilməyib:

“Yaxın günlərdə bu barədə qərar qəbul ediləcək. Təbii ki, veriləcək qərar vətəndaşlara dəyən zərərin yüngülləşdirilməsi istiqamətində olacaq”.

“İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələlik bu barədə hansısa dəqiq rəqəm demək mümkün deyil”, - deyə İ.Məmmədov qeyd edib

2 aprel 2020
GO BACK