Qadin.NET / Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ

Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ

Ölkədə koronavirusun pik həddə çatma vaxtı hesablanır - RƏSMİ


“35 min testin aparılması bu sayda insanın test olunması demək deyil. Hər karantində olan şəxs iki dəfə, sağalanlar ən azı üç-dörd dəfə yoxlanılır”. 

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, epidemiyanın statistikasını aparan mütəxəssislər var:

“İlk gündən qərargahda bu işlə məşğul olan elmi işçilər, statistika aparanlar var. Həmin şəxslər respublikada virusun inkişafının stimulyasiyası ilə məşğul olur. Yəqin ki, bununla bağlı məlumat yaxınlarda açıqlanacaq. Hazırda mütəxəssislər ölkədə virusun nə vaxt pik həddə çatması üzərində işlər aparırlar”

2 aprel 2020
GO BACK