Qadin.NET / ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib

ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib

ABŞ kəşfiyyatının hesabatı: Çin epidemiyanın əsl miqyasını gizlədib


ABŞ kəşfiyyatı Çinin yeni tip koronavirus epidemiyası ilə bağlı yoluxma və ölü sayını olduğundan az göstərərək, xəstəliyin əsl miqyasını gizlətdiyini iddia edir.

Qadin.Net bildirir ki, bu barədə “Bloomberg” adını açıqlamadığı üç ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Amerika kəşfiyyatı Çinin bütün dünyanı COVID-19-un əsl miqyası ilə bağlı aldatması haqqında hesabat hazırlayıb. Sözügedən hesabat ötən həftə Ağ Evə təqdim edilib.

Agentlik qeyd edir ki, Çin Uhanda epidemiyanın aşkarlanmasından sonra yalnız xəstəliyin simptomları aşkarlanan insanları statistikaya əlavə edib.

Məlumatda Çinlə yanaşı İran, Rusiya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Misirin də açıqladığı rəqəmlərin şübhəli olduğu vurğulanır

2 aprel 2020
GO BACK