Koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid etmiş kişilər qadınlar tərəfindən eybəcərləşdirilmələrindən şikayət ediblər.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mail” xəbər yayıb.
Çippenhemdən olan 28 yaşlı Maks Brehamın sevgilisi Arizona İstvud sözün həqiqi mənasında dəlləkliyi onun başında öyrənmək istəyib. Lakin bu, uğurla nəticələnməyib.
“Biz evdə qalmışdıq, Maksa dedim ki, bərbərliyi bacarıram. O, təəccüblənsə də, mənə inandı. Onun saçlarını “Freyd” maşını ilə kəsmək istədim. Lakin tezliklə yalan dediyimi anladı. Nəticədə Maksın başını tamam keçəl eləməkdən başqa çarəsi qalmadı”, - deyə İstvud bildirib.
Missuri ştatından olan Kliff Niksin də başına eyni hadisə gəlib. Bərbərxanalar bağlandıqdan sonra o, saçlarının ucunu düzəltməyi dörd yaşlı qızı Helliyə həvalə edib. Ancaq bu fikir də uğurla nəticələnməyib.
“Özbaşıma saçlarımı düzəltmək, uzunluğunu bərabərləşdirmək istədim. Bununla belə, çox da yaxşı görünmürəm. Amma bu, mənim ən yaxşı saç düzümümdür”, - deyə Niks zarafat edib
[media=https://baku.tv/az/dunyaa/16520/]