Türkiyənin sevilən serialı “Kurtlar vadisi Pusu”nun aktyoru Turhan Kaya koronavirusdan vəfat edib.
Qadin.Net bildirir ki, Sondakika.com xəbər verir ki, 69 yaşlı aktyor 10 gün əvvəl öskürək şikayətləri ilə xəstəxanaya yerləşdirilib.
Ailə üzvlərinin heç birində koronavirus aşkarlanmayan aktyor müalicə aldığı xəstəxanada həyatını itirib.
Xatırladaq ki, T.Kaya serialda “Ordinaryüs” xarakterini canlandırıb