ABŞ-ın Nyu-York şəhərindən olan fotoqraf koronavirusla əlaqədar özünütəcrid dövründə qonşusu ilə tanış olmağın qeyri-adi üsulunu tapıb.
Qadin.Net bildirir ki, bu barədə “Metro” nəşri xəbər yayıb.
28 yaşlı fotoqraf Ceremi Koen mənzilinin pəncərəsindən Nyu-Yorkun boşalmış küçələrinin fotosunu çəkərkən, qonşu binanın damında rəqs edən qızı görüb. O, telefon nömrəsinin qeyd olunduğu kağıza tanışlıq təklifi yazaraq dron vasitəsilə qıza yollayıb.
Tezliklə 24 yaşlı Tori ona SMS-lə cavab yollayır: “Salam, bu, damdakı qızdır”.
Fotoqraf qonşu Tori ilə “distant” görüş təşkil edib. O, eyvanında kiçik masa açıb və Toridən də damda eynisini etməsini istəyib. Cütlük videorabitə ilə əlaqə yaradıb.
Sonra Koen yeni tanışını əsl görüşə çağırıb. Təhlükəsizlik tədbirlərini pozmamaq üçün o, görüşə şəffaf şişirtmə şarda gəlib.
“Bilirdim ki, bu şar ikinci görüş üçün ideal seçimdir. Mən onu təəccübləndirə bildim”, - deyə gənc bildirib.
Əsl centlmen kimi Koen Tori ilə görüşə gül dəstəsi və hətta antiseptiklə gəlir. Lakin şar hədiyyələri qıza təqdim etməyə imkan vermir.
“Məhəllədə gəzərkən söhbət etmək bir az çətin idi, amma əsas o idi ki, daim gülürdük”, - deyə fotoqraf bildirib.
“Onu yaxın gələcəkdə bir daha görəcəyimə ümid edirəm. Əlbəttə, biz hələlik üçüncü görüş barədə razılığa gəlməmişik”, - deyə Koen etiraf edib.
[media=https://baku.tv/az/maraqli/16486/]