Koronavirusdan sağalan insanların bəlğəm və nəcis nümunələrində SARS-CoV-2 aşkar edilə bilər.
Qadin.Net Lenta.ru-ya istinadən xəbər verir ki, çinli mütəxəssislərin müvafiq araşdırması “Annals of Internal Medicine” jurnalında dərc edilib
Araşdırmada 20 yanvar – 27 fevral tarixlərində koronavirus diaqnozu ilə xəstəxanalarda yatmış 133 insan iştirak edib.
Onlardan 22-də burun-boğaz nümunələrində xəstəliyinin əlamətləri aşkar edilməsə də, bəlğəm və nəcis nümunələrində təsbit edilib.
Qeyd olunan nümunələrin təhlili üçün real zamanda polimeraz zəncirvari reaksiyadan istifadə edilib.