Britaniya şahzadəsi Harri və həyat yoldaşı, aktrisa Meqan Markl İnstaqram səhifələrində izləyiciləri ilə vidalaşıblar.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, məşhur cütlük bundan sonra 11 milyon izləyicisi olan hesabını istifadə etməyəcəyini bildirib:
“Siz artıq bizi burada görməyəcəksiniz. Amma bizim işimiz davam edəcək. Hər birinizə dəstək üçün təşəkkür edirik”.
Harri və Meqan eyni zamanda sussexroyal.com saytlarını da istifadə etməyəcəklərini vurğulayıblar