Anasının intihara cəhd etməsindən sonra Hadisə böyük bacısı Hülya Açıkgözlə münasibətlərini kəsmişdi.
Qadin.Net Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin kiçik bacısı Derya Açıkgözün də Hülya Açıkgözlə dalaşdığı məlum olub. Belə ki, bu çətin günlərdə Derya Açıkgöz Hülyanı instaqramda dost siyahısından silib. Məlum olub ki, ailə üzvləri Hülya Açıkgözlə əlaqəni kəsməyə qərar verib.
Xatırladaq ki, Hadisə menecerliyini edən bacısı Hülya Açıkgözün onun gəlirlərini gizlətdiyini iddia etmişdi.