Qadin.NET / Maska qıtlığı barədə rəsmi açıqlama

Maska qıtlığı barədə rəsmi açıqlama

Maska qıtlığı barədə rəsmi açıqlama


"Azərbaycanda məhdudiyyət olsa da, bu o demək deyil ki, maska qıtlığı var. bu gün üçün qoruyucu maskalar ilk növbədə həyati əhəmiyyətli obyektlərdə, təhlükəsizliyimizi təmin edən həkimlərə, eləcə də xəstələrə, polislərə və digər şəxslərə verilir".

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, apteklərə də müəyyən sayda maskalar verilir.

İ.Məmmədov ölkədə maska istehsal edəcək müəssisənin nə vaxt işə düşəcəyi ilə bağlı deyib ki, bu, ən yaxın gələcəkdə mümkün olacaq:

“Orada da gündəlik 200 min maska hazırlanacaq. Həmçinin antiseptik gel və spirtlər xüsusi qablaşdırmada satışa çıxarılacaq”

30 mart 2020
GO BACK