Xəstəxanadan evə qayıdan həkim oğlunu qucaqlaya bilmədiyi üçün göz yaşlarına boğulub.
Qadin.Net Daily Mail-in xəbərinə görə, bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.
Videodan görünür ki, balaca Məhəmməd atasının gəldiyini görəndə qollarını açaraq, ona tərəf qaçır. Ata Naser Ali Al-Şahrani isə təhlükəsizlik tədbiri kimi oğlunu qucaqlamaqdan imtina edir, amma oğlunun məsum duruşuna tab gətirməyərək, yerə çökür və ağlamağa başlayır.
Səudiyyə Ərəbistanının Riyad şəhərində çəkilən video sosial şəbəkə istifadəçiləri tərəfindən xeyli müzakirə olunub. İstifadəçilər həkimlər və onlar kimi işləmək məcburiyyətində qalan başqa peşə sahibləri üçün dua etdiklərini bildiriblər
[media=https://baku.tv/az/dunyaa/16412/]