Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə çağırış edib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
“Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan (tibbi etil spirti) yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Bu məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəlidir və yolverilməzdir. Əhalini diqqətli və ehtiyatlı olmağa çağırırıq”, - deyə məlumatda qeyd edilib