Qadin.NET / İtləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər

İtləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər

İtləri koronavirusa yoluxanları təsbit etməyə öyrədəcəklər


Böyük Britaniya koronavirusa yoluxmuş insanları müxtəlif testlərlə yanaşı itlərin köməyi ilə də təsbit etməyi plalaşdırır.

Qadin.Net Asia One-a istinadən xəbər verir ki, ölkənin “Medical Detection Dogs” adlı xeyriyyə təşkilatı Daren Universiteti ilə birgə itlərin güclü iybilmə qabiliyyətini nəzərə alaraq müvafiq araşdırmalara başlayıb.

Mütəxəssislər əmindirlər ki, Parkinson sindromunu, onkoloji xəstəlikləri, malyariyanı və digər infeksiyaları artıq müəyyən edə bilən heyvanlar bu işin də öhdəsindən gələ biləcəklər.

Onların fikrincə, itlərin təlim edilməsinə altı həftə vaxt tələb olunur. Təlimlər bitdikdən sonra heyvanlar ilk növbədə sərhəd məntəqələri və hava limanlarında fəaliyyət göstərəcək

30 mart 2020
GO BACK