ABŞ-ın Çikaqo şəhərinin (İllinoys ştatı) sakinləri 65 il ailə həyatından sonra koronavirus səbəbindən eyni gündə vəfat ediblər.
Qadin.Net The Mirror-a istinadən xəbər verir ki, bu haqda amerikalı sahibkar Stiven Neş bəyan edib.
“Koronavirus səbəbindən nənəmi və babamı 24 saat ərzində itirdim. Onlar 65 il birgə yaşadılar. Onların altı uşağı və 18 nəvəsi var idi. Öz yaxınlarınızı bərk-bərk qucaqlayın”, - deyə S.Neş əlavə edib