“Qalatasaray” klubunun koronavirusa yoluxan vitse-prezidenti Abdurrahim Albayrak və baş məşqçisi Fatih Terim xəstəliyə qalib gəlib.
Qadin.Net offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə klubun idarə heyətinin üzvü Tunc Üner məlumat verib.
Klub rəsmisi Terim və Albayrakın son koronavirus testinin neqativ çıxdığını və tezliklə xəstəxanadan evə buraxılacaqlarını bildirib.