Qadin.NET / Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa varmı? (AÇIQLAMA)

Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa varmı? (AÇIQLAMA)

Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa varmı? (AÇIQLAMA)


"Şəhərdaxili şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb".


Qadin.Net Modern.az-a istinadən xəbər verir ki, bunu ATV kanalına açıqlamasında Bakı Şəhər Baş Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.


O qeyd edib ki, bu gün mətbuata verdiyi açıqlama düzgün anlaşılmayıb.


V.Əsədovun sözlərinə görə, inzibati tədbirlər və cərimələr şəhərlərarası və rayonlararası yollara aiddir:


"Şəhərdaxili şəxsi avtomobillərin hərəkətinə dair heç bir məhdudiyyət yoxdur. Sadəcə karantin rejimi ilə əlaqədar olaraq sürücülərə tövsiyə xarakterli müraciətlər edilib. Belə ki, onlara məsləhət kimi bildirilib ki, vacib işləri olmadığı təqdirdə şəxsi avtomobildən istifadə etməsinlər. Çünki koronavirusla mübarizənin əsas yollarından biri evdə qalmaq, özünün və başqalarının həyatını təhlükəyə atmamaqdır"

29 mart 2020
GO BACK