“Xüsusilə kardioloji, böyrək problemləri olan insanlar diqqətli olsunlar”.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Səhiyyə Siyasəti və İslahatlar Şöbəsinin müdir müavini Nabil Seyidov ATV-nin canlı efirində çıxışı zamanı deyib.
O bildirib ki, koronavirus xüsusilə orqanizmdə müəyyən xəstəlikləri olan insanlar üçün təhlükəlidir:
“Bütün ixtisaslar üzrə həkimlərimiz, tibb müəssisələrimiz hazırlıqlı olmalıdırlar. Bildiyiniz kimi, koronavirus xüsusilə paralel xəstəlikləri olan insanlara qarşı amansız olur. Kardioloji, böyrək problemləri olan insanlar öz sağlamlıqlarını maksimum dərəcədə qorumalıdırlar”.