Beynəlxalq alimlər qrupu koronavirusun orqanizmdə qalma müddətini müəyyən etmək üçün Pekin Tibb Mərkəzində tədqiqatlar aparıb.
Qadin.Net bildirir ki, elmi işin nəticələri “ATSJournals” nəşrində dərc olunub.
Aparılan tədqiqatdan sonra həkimlər qənaətə gəliblər ki, virus COVID-19-dan sağalananların yarısının orqanizmində hətta simptomlar yoxa çıxdıqdan sonra 1-8 gün ərzində qalıb.
Buna görə də, alimlər koronavirus infeksiyasından sağalanların karantin müddətinin bir və ya iki həftə uzatmaq lazım olduğunu düşünürlər.
Mütəxəssislər orta yaş həddi 35,5 olan 16 xəstənin məlumatlarını təhlil ediblər. Onlar 28 yanvar-9 fevral tarixində müalicə keçiblər. Hazırda hamısı sağalıb və mənfi virus statusuna malikdirlər.