Meksika sakini ev karantini zamanı necə qida əldə etdiyindən danışdı.
Qadin.Net bildirir ki, bu barədə “Daily Mirror” yazır.
Antonio Munyosun (Antonio Muñoz) sözlərinə əsasən, koronavirus infeksiyasının epidemiyası zamanı çihuahua cinsindən olan iti alış-veriş edir. O, təcrid olunduğunun üçüncü günü heyvanın xaltasına pul və satıcı üçün qeyd qoyaraq onu mağazaya göndərib
“Zəhmət olmasa, itimə bir az “Cheetos” çipsi satın. Narıncı rəngdə olanı verin. Qırmızılar çox acı olur. 20 dollar onun xaltasındadır. Diqqət: iti incitsəniz, dişləyə bilər”, - deyə Munyos yazıb.
Onun sözlərinə əsasən, iti tapşırığın dalınca yollananda bir qədər həyəcanlı idi, lakin əbəs yerə qorxurmuş. Tezliklə çihuahua mağazadan dişlərində çips paketi ilə qayıdıb.