Koronavirusa necə yoluxduğu bilməyən üç uşaq anası, 26 həftəlik hamilə olan qadının yalvarışları hər kəsin ürəyini ağrıdıb.
Qdin.Net publika.az-a istinadən xəbər verir ki, Böyük Britaniya sakini, 39 yaşlı Karen İngilətərənin Kent şəhərində yaşayır. Süni nəfəs aparatına qoşulan qadın xəstəxanada müalicə alır.
"İki həftədir, xəstəxanada virusla mübarizə aparıram. Həm özüm, həm də bətnimdəki körpə üçün yaşamaq istəyirəm.
Bu günlər evdən çıxıb nə sevdiklərinizin, nə də tanımadığınız insanların həyatını riskə atmağa dəyər. Başqa vaxt çıxarsınız, gəzərsiniz. Bu acımasız virus ucbatından 3 övladımın üzünü görə bilirəm və çox darıxıram"-deyə əlavə edib.
Gözyaşlarına əngəl olmağa çalışan qadın "Evdə məni gözləyən 3 uşağım və həyat yoldaşım var. Onları görə bilmirəm. Xəstəliyə necə, kimdən yoluxduğumu bilmirəm. Vəziyyətim çox ağırdır", deyə bildirib.