ABŞ-ın Nyu-York şəhərində küçədə koronavirusdan ölənləri yerləşdirmək üçün yük soyuducularına rast gəlinir.
Qadin.Net bildirir ki, “New York Daily News” nəşri məlumat verir ki, onlar koronavirusdan ölənlərin qəbulu zamanı şəhər morqunda yer çatışmayacağı hallar üçün nəzərdə tutulub.
“Biz səhhətimizlə bağlı böhran yaşayırıq, şəhərdə fövqəladə vəziyyət elan edilib”, - deyə şəhərin rəsmi nümayəndəsi Adca Vorsi-Devis bildirib.
Eyni zamanda, Nyu-Yorkda koronavirusdan ölənlərin meyitlərinin saxlanılması üçün çadırlar da qurulur.
Vorsi-Devis çadır və yük maşınlarına, ümumilikdə, 3500-3600 meyit yerləşdirməyin mümkün olduğunu qeyd edib