Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok da koronavirusa yoluxub.
Qadin.Net bildirir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.
“Yüngül simptomlar var. Hazırda evimdə karantin şəraitində çalışmağa davam edirəm”, - deyə nazir bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın Baş naziri Boris Conson da koronavirusa yoluxduğunu açıqlamışdı