Bütün dünyada məşhur olan ulduz ifaçı Rihanna dörd illik fasilədən sonra yeni mahnısını təqdim edib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, müğənni “Believe it” (Buna inan) adlı romantik bəstəni məşhur kanadalı repçi PartyNextDoor ilə səsləndirərək, “Instagram” hesabında paylaşıb.
Bu mahnı repçinin “Partymobile” adlı albomunda yer alıb.
Xatırladaq ki, müğənninin sonuncu albomu 2016-cı ildə buraxılıb. Son iki ildə izləyiciləri, demək olar ki, onun hər paylaşımından sonra yeni albomunun nə vaxt çıxacağını soruşurlar