Bir qadının məhsulların üzərinə öskürməsi səbəbindən market sahibi koronavirus ehtimalı ilə əlaqədar 35 min dollar (59500 AZN) dəyərində olan ərzaqları zibilə atıb.
Qadin.Net bildirir ki, “HaberGlobal”ın məlumatına görə, hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib
İşçilərin mağazadan çıxardıqları qadının daha sonra polislər tərəfindən həbs olunduğu bildirilir.
Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi koronavirusu qəsdən yayan insanların terrorçuluqda ittiham oluna biləcəyini təsdiqləyib