“Hilton” otellər şəbəkəsinin varisi, müğənni-dicey Peris Hilton karantin müddətində pərəstişkarlarını əyləndirmək üçün maraqlı yola əl atıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, İnstaqram səhifəsində nömrəsini paylaşan 39 yaşlı ulduz izləyicilərini evdə oturmağa və ona ismarış yazmağa səsləyib:
“Hamıya salam. Dəhşətli və çətin bir zamanda sizə öz sevgimi göndərirəm. Pərəstişkarlarım üçün ayırdığım yeni nömrəm var. +13104968826 nömrəsinə yazıb mənimlə ismarışlaşa bilərsiniz. Hamınızı sevirəm”