Qadin.NET / Maykl Cekson niyə maska taxırdı? - VİDEO

Maykl Cekson niyə maska taxırdı? - VİDEO

Maykl Cekson niyə maska taxırdı? - VİDEO


2009-cu ildə 50 yaşında dünyasını dəyişən pop kralı Maykl Cekson tez-tez tibbi maska ilə küçəyə çıxırdı.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 10 il Mayklın cangüdəni kimi çalışan Mett Fiddes “The Sun” nəşrinə müsahibəsi zamanı onun bütün xüsusiyyətlərini və fikirlərini öyrənməyə müvəffəq olduğunu bildirib.

Mettin sözlərinə görə, müğənni COVİD-19 kimi virusun yayılması ehtimalının olduğunu başa düşdüyü üçün dünya turuna çıxarkən həmişə tibbi maska taxırdı:

“O, pandemiyadan və xəstələnməkdən qorxurdu. Maykl həmişə hiss edirdi ki, təhlükə yaxınlıqdadır. Maska ilə gəzəndə hamı ona gülürdü. Hətta bir dəfə ondan maskanı çıxarmağı xahiş etmişdim, çünki onun yanında şəkil çəkdirməkdən utanırdım. Cavab olaraq xəstələnəcəyi halda pərəstişkarları ilə görüşə bilməyəcəyini demişdi”.

Mett müğənninin heç vaxt mikrobiofobiyasının olmadığını (mikroblardan qorxmaq), yalnız səsini qorumağa çalışdığını qeyd edib:

 

“Ətrafdakılar onu ciddiyə almadığı üçün Cekson depressiyaya da düşürdü. Əgər indi baş verənləri görsəydi, deyərdi ki, “Mən axı demişdim”.

26 mart 2020
GO BACK