İnsanları narahat edən məsələlərdən biri də koronavirusa yoluxan şəxslərin sağaldıqdan sonra yenidən bu xəstəliyə tutulma ehtimaldır.
Qadin.Net bildirir ki, məsələ ilə bağlı axar.az-a açıqlama verən səhiyyə eksperti, professor Adil Qeybulla bildirib ki, koronavirusa yoluxan şəxslərin yenidən bu xəstəliyə tutulma ehtimalı var.
"Əslində koronavirusun müalicəsi zamanı insanda qısa müddətli immunitet yaranır. Amma bu, daimi deyil deyə, həmin insanların koronavirusa təkrar yoluxma ehtimalı qalır. Düzdür, bu virusun illərlə ömrü yoxdur. Lakin insan özünə diqqət etməsə, soyuqdəymə olarsa, yenidən virusa yoluxma ehtimalı qalır. Hazırda isə əsas məsələ infeksiyanın lokallaşdırılmasıdır. Çünki görünən odur ki, bu virusdan daha çox yaşlılar əziyyət çəkir".