Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu barədə “Report”a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.
Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib:
“Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu, hələlik cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay qalanlara aid olunacaq. Proses aprel ayınadək davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə çətin vəziyyətdə bir çox məhkum ailələrinin yanında olsun”.
***
Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrində saxlanılan bir qrup məhbus vaxtından əvvəl şərti azadlığa buraxılıb.
Bu barədə " Qafqazinfo"ya İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib. O bildirib ki, bir müddət əvvəl koronavirus pandemiyasının yayılmasına görə ölkə rəhbərliyinə dustaqların azad edilməsiylə bağlı müraciət ediblər:
"Artıq prosesə start verilib. Təxminən 200-ə yaxın məhbus vaxtından əvvəl şərti azad olunub. Bu proses hələ davam edəcək. Yəqin ki, bu kateqoriyaya düşən digər məhbuslar da vaxtından əvvəl şərti azad olunacaq"