Hər hansı bir əlavə xəstəliyi olmayan 21 yaşlı qız koronavirusdan ölüb.
Qadin.Net The Sun-a istinadla xəbər verir ki, hər hansı ağır xəstəliyi olmayan 21 yaşlı Chloe Middleton (Xlo Midlton) adlı qız COVID-19-dan dünyasını dəyişib.
Beləliklə, o, Britaniyada koronavirusun ən gənc qurbanına çevrilib.
Qızlarının ölümündən şoka düşən ailəsi insanları koronavirusu ciddiyə almağa səsləyib.
"İnsanların adi xəstəlik kimi qəbul etdiyi bu virusdan mənim gənc qızım öldü", - qızın anası Diane Middleton sosial şəbəkə hesabında yazıb
İngiltərənin Bakinqhemşir qraflığında yaşayan qadın insanları evdə qalmağa səsləyib. O, bildirib ki, virus təkcə yaşlıları öldürmür.
Mart ayının 25-nə olan statistikaya görə Britaniyada 8227 nəfərdə koronavirus aşkarlanıb. 433 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
Ümumilikdə, dünya üzrə 452157 nəfər koronavirusa yoluxub. 20494 nəfərin həyatını xilas etmək mümkün olmayıb. 113120 insan COVID-19-dan sağalıb.
Qeyd edək ki, koronavirusdan sağalanların ağciyərinin fəaliyyəti 30 faiz zəifləyir. Hər hansı cəld hərəkət zamanı təngnəfəsliyə və boğulmaya səbəb olur