Azərbaycanda mənzil-kommunal təsərrüfatı sahəsində çalışan işçilərin maaşları artırılacaq.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.
Sazişə əsasən, hər üç qurum mənzil-kommunal təsərrüfatı sahəsində islahatları gücləndirmək və bu sahədə çalışan işçilərin maaşlarının ölkə üzrə ortaaylıq əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması istiqamətində tədbirləri davam etdirmək öhdəliyi götürüb