Qadin.NET / Temperatur və rütubətin artması koronavirusa son qoyacaq?

Temperatur və rütubətin artması koronavirusa son qoyacaq?

Temperatur və rütubətin artması koronavirusa son qoyacaq?


Çinli alimlərin apardığı araşdırmalara əsasən, havanın temperaturunun və rütubətin artması ilə koronavirusun yayılması azalacaq.

Qadin.Net bildirir ki, bu barədə “Hürriyet” yazıb

Alimlər qeyd edirlər ki, havanın temperaturunun bir dərəcə artması belə virusun yayılma riskini azaldacaq. Lakin risk sıfıra enməyəcək. Riskin aşağı düşməsinə hava şəraiti düzəldikcə insan orqanizminin immunitet sisteminin yaxşılaşması da təsir göstərəcək.

Alimlər sözügedən təsirləri öyrənə bilmək üçün Çində ən azı 40 koronavirusa yoluxma halının qeydə alındığı 100 şəhərdə araşdırma aparıb. Araşdırma hər koronavirus xəstəsinin orta hesabla 2 nəfərə xəstəlik yaydığını üzə çıxarıb.

Hava temperaturunun bir dərəcə və rütubətin bir faiz artımı bu nisbəti 0.0383 və 0.0224 qədər azaldıb

25 mart 2020
GO BACK