ABŞ Xəstəliklərə Nəzarət və Müdafiə Mərkəzi tərəfindən Çindən bütün dünyaya yayılan və hələ müalicəsi tapılmayan koronavirusun yeni simptomları açıqlanıb.
Qadin.Net bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, bəzi simptomlara diqqət edilməlidir. Bu əlamətlər əvvəl yüngül görünsə də, sonradan ölümlə nəticələnə bilər.
Əlamətlər 2-14 gün ərzində özünü büruzə verir. Bundan əvvəl koronavirusun əsas simptomu kimi qızdırma, öskürək, nəfəs darlığı göstərilirdi. Son məlumatlara görə, sinədə ağrı, zehində tutqunluq, üz və dodaqların göyərməsi varsa, bunlar da vəziyyətin ciddi olduğunu göstərir.
Belə simptomlara rast gəlindikdə, dərhal mütəxəssislərə müraciət olunmalıdır