Xərçəngdən sağalan şəxs koronavirusdan ölüb.
Qadin.Net bildirir ki, Metro xəbər verir ki, koronavirusdan ölən 34 yaşlı şəxs ABŞ-da bu virusun ən gənc qurbanı olub.
ABŞ-ın Florida ştatında yaşayan Jeffrey Ghazarian adlı şəxs ağır xəstəliyə qalib gəlsə də, koronavirusa məğlub olub.
Koronavirus testinin nəticəsi müsbət çıxan Cefrinin həyatını xilas etmək mümkün olmayıb.
TMZ yazır ki, mart ayının 2-də Los Ancelesdən Orlandoya uçan Cefri mart ayının 8-də öskürməyə başlayıb. O, evə qayıtdıqdan sonra yüksək qızdırmayla xəstəxanaya aparılıb. Cefri 11 gün sonra dünyasını dəyişib
Qeyd edək ki, o, 2016-cı ildə xərçəng xəstəliyindən sağalmışdı.
Məlumat üçün bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni tip koronavirusu pandemiya elan edib. Ən son statistikaya görə, koronavirusa dünya üzrə 339234 nəfər yoluxub. 14703 nəfər bu virusdan ölüb, 99014 nəfər isə sağalıb. Ən çox ölüm halları Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İranda baş verir.