Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın üç gün ərzində ölkə ərazisində gözlənilən hava şəraitini açıqlayıb.
Departamentdən verilən məlumata görə, yaxın üç gün ərzində ölkə ərazisində nisbətən sabit, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.
Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən 2-3° yüksələrək, Bakıda və Abşeron yarımadasında 18°, Mərkəzi Aran rayonlarında 20°, dağlıq rayonlarda 13 dərəcəyədək isti olacaq.