Qadin.NET / Çin Uhanda karantin rejimini ləğv edəcək

Çin Uhanda karantin rejimini ləğv edəcək

Çin Uhanda karantin rejimini ləğv edəcək


İlk dəfə Çinin Uhan şəhərində aşkarlanan koronavirus infeksiyası sözügedən ərazidə artıq azalmağa başlayıb.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna görə də hökumət Uhanda tətbiq etdiyi karantin rejimini ləğv etmək qərarına gəlib. Onlar aprelin 8-dən karantinin aradan qaldırılacağını vurğulayıblar.

Pandemiyanın episentri sayılan Hubey vilayətində martın 19-dan yoluxma halları 0-a enib. Digər şəhərlərdə də yoluxma halı hər gün azalır. Əgər bu hal martın sonuna kimi davam etsə, digər şəhərlərdə də karantin rejimi ləğv ediləcək.

Bu haqda eyni zamanda Çin Xalq Respublikasının infeksionisti Li Lanszyuan da müsahibəsində danışıb. "Əgər 14 gün Uhanda infeksiyaya yoluxma halı qeydə alınmasa, hökumat karantini aradan qaldıracaq və insanlar şəhəri tərk edə biləcəklər" deyə, həkim söyləyib.

Çin rəhbərliyi Uhan və şəhərətrafı rayonlarda ciddi karantin rejimini yanvarın 23-dən bəri tətbiq edib. Nəticədə 60 milyon sakinin hərəkəti məhdudlaşdırılıb. Onlar ölkədə karantin rejiminin ləğv edilməsinə baxmayaraq, insanların xaricə getməsinə, uçuşların bərpasına bir müddət imkan verilməyəcəyini də vurğulayıblar.

Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 195 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 381 761-ə çatıb. Bunların 102 429 nəfəri sağalıb, 16 558 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

24 mart 2020
GO BACK