Türkiyənin Hacettepe Universiteti koronavirusla mübarizəyə diqqət çəkmək məqsədilə “koronavirus simptomları təqvimi” hazırlayıb.
Qadin.Net bildirir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Təqvimdə xəstəliyin hansı mərhələdə hansı simptomları göstərdiyi qeyd olunub:
1-3-cü günlər: soyuqdəymə və qripəbənzər simptomlar ortaya çıxır. Yüngül temperatur və boğaz ağrısı görülə bilər. Həzm sistemi zəifdirsə, ürəkbulanma müşahidə oluna bilər.
4-cü gün: boğaz ağrısı şiddətlənir, səs qalınlaşır. Yeyib-içməkdə çətinlik yaşanıla bilər. Yüngül baş ağrısı ilə birlikdə ishal başlayır.
5-ci gün: boğaz ağrısı şiddətlənir. Yeyib-içmək olduqca ağrılı hala çevrilir. Bədəni və bədən üzvlərini hərəkət etdirmək sancı verir. Oynaq ağrıları müşahidə edilir.
6-cı gün: quru öskürək başlayır. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Şiddətli halsızlıq başlayır. Ürək bulanması artır. Bəzən nəfəs almaqda çətinlik yaşanır. İshal və qusma şiddətlənir.
7-ci gün: Temperatur 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm şiddətlənir. Baş və bədən ağrıları ilə birlikdə qusma da şiddətli hala çevrilir.
8-ci gün: Nəfəs almaq çox çətinləşir. Sinə hissəsi çox ağır hiss olunur. Öskürəklə birlikdə baş və oynaq ağrıları kəskin şəkildə artır. Bədən temperaturu 38 dərəcədən artıq olar.
9-cu gün: Bütün simptomlar şiddətlənir. Üz və dodaqlar da göyərir. Öskürək və bəlğəm şiddətlənir. Bədən və baş ağrıları ilə birlikdə qusma çox şiddətli hala çevrilir.
Bu simptomlara sahibsinizsə, dərhal tibbi yardıma müraciət etməlisiniz.