Qadin.NET / Azərbaycana koronavirus üçün ekspres testlər gətiriləcək? - RƏSMİ

Azərbaycana koronavirus üçün ekspres testlər gətiriləcək? - RƏSMİ

Azərbaycana koronavirus üçün ekspres testlər gətiriləcək? - RƏSMİ


“Ölkədə bu gün kifayət qədər test var, əlavə testlərin də gətirilməsi nəzərdə tutulub”. 

 Qadin.Net oxu.az-a istinadən bildirir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən laboratoriyalarda koronavirusla bağlı müayinələr aparılır:

“İlk olaraq Azərbaycana Türkiyədən testlər gətirdik. Ondan sonra ÜST və digər qurumlar tərəfindən ölkəyə testlər gətirilib”.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva koronavirusla bağlı digər ölkələrdə tətbiq edilən ekspres testlərlə bağlı məsələyə də aydınlıq gətirib:

“Bu testlərin heç biri ÜST tərəfindən təsdiqlənmədiyi üçün daha dəqiq metodla testlərin aparılmasına üstünlük verilir”

23 mart 2020
GO BACK