Qadin.NET / Karantinə fərqli yanaşma-FOTO

Karantinə fərqli yanaşma-FOTO

Karantinə fərqli yanaşma-FOTO


Türkiyədə dövlət tərəfindən görülən koronavirusla mübarizə tədbirlərinə vətəndaşlardan maraqlı reaksiya gəlib.

Qadin.Net bildirir ki, “HaberGlobal”ın məlumatına görə, Türkiyənin Artvin bölgəsində 27 illik qapıbir qonşular Nurdan Yıldız və Naciye Gerdan koronavirus pandemiyasına səbəbindən bir müddət evlərini ziyarətə ara veriblər.

Evdən çıxmayan rəfiqələr mehriban qonşuluq münasibətlərini fərqli üsulla davam etdirir.

“Bir metr məsafə saxlamaq” qaydasına əməl edən qonşular qapının qarşısına qoyduqları stollarda söhbətlərinə ara vermədən davam edirlər. Qəhvə içərək söhbətlərinə davam edən xanımların görüntüləri tezliklə Türkiyədə sosial şəbəkə istifadəçiləri arasında məşhurlaşıb.

“Korona bizi bitirdi. Mağazaya da çıxa bilmirik. Bir-birimizin evinə gedə bilmədiyimiz üçün heç olmazsa qəhvələrimizi qapıda içək dedik”, - sosial şəbəkələrdə məşhurlaşan türkiyəli “xalalar” bildirib

Karantinə fərqli yanaşma-FOTO


23 mart 2020
GO BACK