Dünyanın bəlasına çevrilən koronavirus məşhurların da həyatına təsir göstərir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, aktyor Kadir Doğulunun pandemiya səbəbindən serial çəkilişləri təxirə düşüb. Bundan istifadə edən sənətçi aktrisa həyat yoldaşı Neslihan Atagülün yanına Muğlaya gedib.
Məlumata görə, bir müddətdir Muğlada olan Doğulu təşvişə düşməmək üçün Neslihanın yanından bir dəqiqə belə olsun ayrılmır.
Hazırda "Sefirin Kızı" serialında baş rolda oynayan Atagül çəkilişləri üçün Muğladadır.