“İctimai yerlərdə rezin əlcəkdən istifadə koronavirus infeksiyasının qarşısını almaq üçün effektiv deyil”.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında bildirilir.
Təşkilatın məsələ ilə bağlı araşdırmasının nəticəsi olaraq bu qənaətə gəlinib ki, əllərin mütəmadi yuyulması rezin əlcəkdən daha çox koronavirusdan (COVID-19) qoruyur: “Rezin əlcəkdə olarkən belə COVID-19 virusu keçə bilər. Daha sonra siz əlinizlə üzünüzə toxunduqda virusa yoluxa bilərsiniz”