Türkiyədə ötən gündən yaşı 65-dən yuxarı olan şəxslərin çölə çıxmasına qadağa qoyulub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 71 yaşlı müğənni Selami Şahin isə qadağaya məhəl qoymaraq Bəbək istiqamətində küçələrdən birində görüntülənib.
Üzündəki maskanı əvvəlcə yarıya kimi aşağı edən ifaçı, sonradan onu çıxarıb sevənləri ilə şəkil çəkdirib. Daha sonra kameraların onu çəkdiyini görən Selami "Amandır, arvadım bunu görməsin. Çox hirslənər", - deyib