Dünya şöhrətli ifaçı, son illərdə isə şəxsi markasını quraraq bizneslə məşğul olmağa başlayan Rihanna koronavirusla mübarizədə dəstək fonduna qoşulub.
Qadin.Net publika.az-a istinadən bildirir ki, Rihanna qlobal koronavirusla mübarizə aparan, təcili hazırlıq və müdaxilə proqramlarını maliyyələşdirən "Klara Lionel" Birliyinə 5 milyon dollar bağışlayıb.
Qeyd edək ki, Rihanna maliyyə dəstəyi göstərən yeganə ulduz deyil. Aktyorlar Bleyk Layvli və Reyan Reynolds, futbolçu Zlatan İbrahimoviç, müğənnilərdən Ledi Qaqa, Castin Timberleyk və başqaları da 1 milyon dollar yardım edib