Koronavirusdan ən çox zərər çəkmiş ölkələrin alimləri infeksiya ilə bağlı araşdırmalarının nəticələri barədə açıqlama veriblər.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, onların sözlərinə görə, kişilər qadınlara nisbətən daha çox COVID-19-un qurbanı olurlar.
Çin xəstəliklərinin idarə edilməsi və qarşısının alınması mərkəzi ölkədəki 72 min infeksiyaya yoluxan sakinlərin tibbi təhlilini həyata keçirib. Nəticədə ölüm hallarının 64%-ni kişilərin təşkil etdiyi məlum olub.
İtaliyalı tədqiqatçıları isə koronavirus qurbanı olan 827 nəfərin 80%-ni kişilərin təşkil etdiyini bildirib.
Alimlər etiraf ediblər ki, COVID-19-un "gender seçimi" onları təəccübləndirib